Əsas məzmuna keç

İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırladıb

İlham Əliyev Ermənistanla sülh müqaviləsi üçün şərtləri bir daha xatırladıb

Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd...

, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı Ermənistanla müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha xatırladıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistanın keçən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını, ötən ay isə hətta ölkəmizin ərazisinin parametrlərinin qeyd olunduğunu bildirən dövlətimizin başçısı həmin bu ifadələrin kağız üzərində də olmasının və buna imza atmasının zəruriliyini diqqətə çatdırıb. Deyib ki, belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident İlham Əliyev sülh üçün digər mühüm şərtlərin Zəngəzur dəhlizinin açılmasının və Ermənistan ordusunun silahlı birləşmələrinin bölgəsindən çıxarılmasının olduğunu vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…