İlham Əliyev: “Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir”

İlham Əliyev: “Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir”
04.11.2023 18:26
Aa
dəq

"Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Annalena Berboku qəbul edərkən bildirib.

Dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib.

Prezident Ermənistanın son üç ildə Azərbaycanın Qarabağ bölgəsinə silah-sursatın və hərbi heyətin daşınmasını həyata keçirdiyini vurğulayıb.

İlham Əliyev sentyabrın 2-də Nikol Paşinyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış və dəstəklənən qondarma rejimi təbrik etməsini və artıq özünü ləğv etmiş qondarma rejimin sentyabrın 9-da dırnaqarası “seçkilər” keçirməsini regionda vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı addımlar olduğunu bildirdi. Prezident İlham Əliyev lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və ölkəmizin Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

Həftənin ən çox oxunanları

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir

Azərbaycanın nümayəndə heyəti BMT-nin sammitində iştirak edir
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu