Operativ Məlumat Mərkəzi

İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilir

1 dəq
Paylaş:
İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilir
bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub. Bildirilib...

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Bildirilib ki, ötən 3 ay ərzində İİV-ə 346 nəfər yoluxub. Onlardan 329 nəfəri Azərbaycan vətəndaşları, 17 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 25 nəfəri (7,6 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər