Operativ Məlumat Mərkəzi

III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb

1 dəq
Paylaş:
III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb
Bu il Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb. Federasiyadan "Operativ Məlumat...

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları açıqlanıb.

Federasiyadan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yarışda milli komandanın 11 üzvü qüvvəsini sınayacaq.

Qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç, kişilərdən isə Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Ayxan Xasıyev yarışda medal qazanmağa çalışacaqlar.

Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər