II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, xarici qonaqlara Füzuli rayonunda erməni vandallarının törətdiyi dağıntılar barədə məlumat verilib.
Qonaqlar erməni vandallarının işğal dövründə törətdiyi dağıntıların canlı şahidi olublar.
Qeyd edək ki, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumda 50-ə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılır.