Əsas məzmuna keç

İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

İdxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artıb

dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“ Respublikasında ixrac-idxal əməliyyatları üzrə rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli Qərarında dəyişiklik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilir:

“4.35. dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün olunan mallar.”.

Beləliklə, əlavə edilmiş bənddə qeyd edilən mallar idxal gömrük rüsumuna cəlb edilməyəcək.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…