İctimai iaşə dövriyyəsi artıb

İctimai iaşə dövriyyəsi artıb
19.04.2023 20:45
Aa
dəq

Cari ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9 faiz artaraq 414,8 milyon manat olub.

Dövlət Statistika Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 faizi hüquqi şəxslərin, 49,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 28,4 faiz artaraq 207,7 milyon manat olub.

 

Həftənin ən çox oxunanları