İcma Borrellə cavab verib

İcma Borrellə cavab verib
23.01.2024 11:58
Aa
dəq

"Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə cavabında bildirilib.

“Bu açıqlamalar ilə Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də olsun dilinə gətirməyən bir qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəsüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha Aİ tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir”, - bəyanatda vurğulanıb.

Həftənin ən çox oxunanları

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

QAİ Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb
DAVAMIN OXU davamın oxu

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yayıb
DAVAMIN OXU davamın oxu

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

QAİ beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır
DAVAMIN OXU davamın oxu

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verib
DAVAMIN OXU davamın oxu