Əsas məzmuna keç

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir

İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sənədləşmədə yeni rəqəmsal dövrə başlayır. Vətəndaşlar artıq kağız daşımağa ehtiyac duymayacaq. Təfərrüatlar burada.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

şəhadətnaməsinin elektron formada müvafiq elektron informasiya sistemində yaradılmasını ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi Prezidentin 2026-cı il 19 mart tarixli 631 nömrəli "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanının icrası məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışının əlavə edilməsi nəzərdə tutulur.

Bununla bərabər icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, o cümlədən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında buraxılması təklif edilir.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi əsaslarının təkmilləşdirilməsi, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin elektron resept əsasında verilməsinin qanunvericiliklə tənzimlənməsi və icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması təmin ediləcək, habelə əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində səlahiyyətlərin yenidən bölgüsünə uyğunlaşdırılacaq.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…