Yeni tədris ili üçün artıq 109 minə yaxın məktəbyaşlı uşaq sinfini, məktəbini və müəllimini müəyyən edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir: "Rus bölməsi üzrə 11 minə yaxın müraciət var və gələn həftə üçün onların seçimlərinin nəticəsi məlum olacaq".