Operativ Məlumat Mərkəzi

Hökumət yeni tərkib formalaşanadək səlahiyyətlərini icra edəcək - SƏRƏNCAM

1 dəq
Paylaş:
Hökumət yeni tərkib formalaşanadək səlahiyyətlərini icra edəcək - SƏRƏNCAM
sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb. Sərəncama əsasən, hökumətin yeni...

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb.

Sərəncama əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər