Hindistanın Uttarakhand əyalətində 17 gün öncə çökən tunelin dağıntıları altında qalan 41 işçinin hamısı xilas edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hindistan avtomobil nəqliyyatı və avtomobil yolları naziri Nitin Qadkari "X" sosial şəbəkəsində paylaşım edib.
Xilasetmə rəsmiləri bölgədəki 41 təcili yardım maşınının xilas edilən bütün işçilər üçün ətrafdakı sağlamlıq mərkəzlərinə doğru hərəkət etdiyini açıqlayıb.