Hikmət Hacıyev: Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var

Hikmət Hacıyev: Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var
Xarici Siyasət Qərbi Azərbaycan
02.08.2023 15:57
Aa
dəq

Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur.

Həftənin ən çox oxunanları