Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“21 Mart – Beynəlxalq Novruz Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2010-cu il tarixli A/RES/64/253 saylı qətnamə ilə bu bayramı qeyd edən bir neçə ölkənin təşəbbüsü ilə elan edilib. Azərbaycan da bu qətnamənin təşəbbüskarları sırasındadır”.