Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibə verib

Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibə verib
20.09.2023 00:58
Aa
dəq

“Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir ki, bu da Qarabağ ermənilərinin sülh yolu ilə Azərbaycanın ictimai həyatına reinteqrasiyasına daha çox imkan verəcək”, - deyə H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə milyonlarla mina basdırıb və dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində son olaraq mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal antiterror tədbirlərinə başlayıb.

H.Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu