Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibə verib

2 dəq
Paylaş:
Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibə verib

“Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir ki, bu da Qarabağ ermənilərinin sülh yolu ilə Azərbaycanın ictimai həyatına reinteqrasiyasına daha çox imkan verəcək”, - deyə H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata baxmayaraq, silahlı qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə milyonlarla mina basdırıb və dinc əhaliyə qarşı törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində son olaraq mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal antiterror tədbirlərinə başlayıb.

H.Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax