Əsas məzmuna keç

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

Hikmət Hacıyev Aİ səfirləri ilə görüşüb

bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Twitter" hesabında bildirib. “Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və...

Prezidentin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Horlemann "Twitter" hesabında bildirib.

“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.

Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, - alman diplomat qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…