Əsas məzmuna keç

Hidayət Elvüsal vəfat etdi - FOTO

Hidayət Elvüsal vəfat etdi - FOTO

H.Elvüsal 75 yaşında dünyasını dəyişib. O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan...

Tanınmış yazıçı-jurnalist Elvüsal vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.

O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti") qəzetlərində işləyib. "Səhər" qəzetinin yaradıcılarından biri, baş redaktorun müavini, "Belə-belə işlər", "Kriminal" qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib.

H.Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.

Allah rəhmət eləsin!

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib

Tanınmış jurnalist Hidayət Elvüsal VƏFAT ETDİ | KONKRET

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…