Əsas məzmuna keç

Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotosərgi keçirilib

sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Azərbaycan Partiyası Səbail...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Fotoqrafiya Evində Heydər Əliyevin xatirəsinə həsr olunmuş unikal fotosərginin açılışı həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərginin açılışında İçərişəhər DTMQİ İdarə Heyətinin Sədri Şahin Seyidzadə, Milli Məclisin Deputatı Nigar Arpadarai, Yeni Partiyası Səbail rayon təşkilatının Sədri Muxtar Nağıyev və Rafiq Bağırov, Azərbaycan Fotoqraflar Birliyi və AZƏRTAC-ın nümayəndələri, həmçinin İçərişəhər DTMQİ-nin əməkdaşları iştirak edib.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillər tanınmış fotoqraflar Rafiq Bağırov, Yaşar Xəlilov, Oqtay Məmmədov və digərlərinin işlərində nümayiş olunub.

Heydər Əliyevin dünya liderləri ilə görüşlərini və iş fəaliyyətini lentə alan fotoqraflar Ümummilli Lider ilə birgə keçirdikləri böyük yolun xatirələrini fotoqrafiya dili ilə bu sərgidə paylaşıb.

R.Bağırov peşəkar həyatının bir çox illərini Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı qismində keçirib. Yaşar Xəlilov və Oqtay Məmmədov AZƏRTAC-da üzünmüddət çalışmış fotoqraflar idilər.

Sərgi mayın 14-dək davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100-cü il dönümüdür. İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il " İli" elan olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…