Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib
28.08.2024 13:00
Aa
dəq

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib.

Azərbaycan Həndbol Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yarışdan əvvəl qurumun kollektivi və iştirakçılar Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, turnirə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi qatılıb. "AHF Arena"da təşkil olunan yarışın mükafatçıları sentyabrın 1-də müəyyənləşəcək.

Həftənin ən çox oxunanları