Operativ Məlumat Mərkəzi

Heydər Əliyevin unikal kadrları yayımlanıb

2 dəq
Paylaş:
Heydər Əliyevin unikal kadrları yayımlanıb
Heydər Əliyevin 100 illiyi: NTV arxiv kadrlarını yayımlayır. 1990-cı il Naxçıvan çıxışları.

Naxçıvan televiziyası (NTV) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə videoçarx və filmlərin yayımına başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Heydər Əliyev 100: Naxçıvan 90-dan 93-ə” silsiləsində böyük şəxsiyyətin televiziyanın arxivində qorunub saxlanılan unikal kadrları yer alır.

Ümummilli liderin 1990-cı ilin iyununda Moskvadan doğma Naxçıvana qayıdışı, Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətli mübarizəyə qədim diyardan başlaması tariximizin ən parlaq səhifələrini təşkil edir. Hazırlanan ilk videoçarxda Heydər Əliyevin ermənilərin Sədərəyə hücumu ilə əlaqədar Naxçıvan televiziyasının efirindən xalqa canlı yayımla müraciətinin bir sıra məqamları, xarici rəsmilərlə telefon danışıqları, sakinlərlə görüşləri, Sədərəyi öz canı və qanı bahasına müdafiə edən Naxçıvan əhalisinə minnətdarlığı yer alır.

Uzaqgörən dövlət xadimi 30 il əvvəl xalqa etdiyi müraciətində qeyd edir ki, indiyədək 57 dövlət Ermənistanın Naxçıvana hücumunu rəsmi surətdə pisləyərək ciddi bəyanatlar veriblər. Lakin qonşu İranın mövqeyi ciddi surətdə bildirilməyib. Heydər Əliyev molla rejiminin o zamankı rəhbərlərinə müraciət edərək deyir: “Naxçıvanda, İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq, şübhəsiz ki, çox təəssüf doğurur və təəccübləndirir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər