Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib

1 dəq
Paylaş:
Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib
Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib. "Operativ Məlumat...

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib. Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Xatırladaq ki, iyulun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər