Əsas məzmuna keç

Hesablama Palatası üçün 3 yeni səlahiyyət müəyyənləşdi

Hesablama Palatası üçün 3 yeni səlahiyyət müəyyənləşdi

Parlamentdə təsdiqlənən qanun layihəsinə əsasən, dövlət büdcəsinin icrasına nəzarət edən qurumun fəaliyyət dairəsi genişlənir. Görəsən, bu dəyişiklik nələri əhatə edəcək?

en ru

Hesablama Palatasına Naxçıvan Respublikası və sığorta ilə bağlı səlahiyyətlərin verilməsi nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Hesablama Palatası Naxçıvanın büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara rəy verə biləcək. Bundan başqa, qurum muxtar respublikadakı büdcədən-kənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitləri ilə bağlı səlahiyyətlərə malik olacaq.

Palata həmçinin sığorta bazarının peşəkar iştirakçılarının əldə etdikləri sığorta sirri hesab edilən məlumatlara çıxış əldə edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…