Hesablama Palatası: Ali Attestasiya Komissiyası əsassız mükafat, artıq əməkhaqqı ödəyib

Hesablama Palatası: Ali Attestasiya Komissiyası əsassız mükafat, artıq əməkhaqqı ödəyib
15.04.2025 11:47
Aa
dəq

Hesablama Palatasının 2023-cü ildə apardığı audit tədbirləri nəticəsində Prezident yanında Ali Attestasiya Komissiyasının (AKK) 2022-ci il üzrə maliyyə əməliyyatlarında əsassız ödənişlər müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, Komissiyada işçilərə 0,1 milyon manat hüquqi əsas olmadan mükafat və artıq əməkhaqqı ödənilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası hazırkı tarixə qədər təmin olunmayıb.

Həftənin ən çox oxunanları