Əsas məzmuna keç

Hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclaslar keçirilib

Hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclaslar keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, hərbi hissələrdə birinci rübün nəticələrinə dair...

general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, hərbi hissələrdə birinci rübün nəticələrinə dair yekun iclaslar keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

İclaslarda hərbi hissələrin qabiliyyətinin artırılması və xidməti-döyüş fəaliyyətinin təşkilinə dair cari ilin birinci rübü ərzində görülən işlər, yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının, qoşun xidmətinin, maddi-texniki təminat və hərbi intizamın vəziyyəti geniş təhlil olunub.

, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordusu qarşısında qoyduğu vəzifələr, müdafiə naziri general-polkovnik Zakir Həsənovun xidməti-döyüş fəaliyyətinin, qoşun və döyüş növbətçiliyinin təşkilinin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Sonda birinci rübün yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…