HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsraildən olan 34 girovu azad etməyə razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı razılaşdırılmış meyarlara cavab verir.
Bu siyahıya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir.
Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılıq verib, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək təxminən bir həftə çəkəcək.