Həkimlər və teleaparıcıların adından istifadə edərək sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Həkimlər və teleaparıcıların adından istifadə edərək sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
27.07.2023 12:55
Aa
dəq

Sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edilməsi faktı üzrə son günlərdə mediada yayılan məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.

Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu