Həkim-mütəxəssis isti havalarda çimərlik üçün faydalı saat aralığını açıqlayıb

Həkim-mütəxəssis isti havalarda çimərlik üçün faydalı saat aralığını açıqlayıb
11.08.2023 11:35
Aa
dəq

"Günəş vannası qəbul etmək üçün optimal vaxt səhər 8-dən 11-ə, axşam 16-dan 19-a qədərdir. 11:00-dan 16:00-a qədər vaxt çimərlik üçün arzuolunmazdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.

Onun sözlərinə görə, günvurma və günəş yanıqları adətən bu saatlarda baş verir, çünki bu zaman ultrabənövşəyi şüalar daha aktivdirlər:

"Günəş yanığı günvurma qədər təhlükəlidir, onun nəticələri çox ciddi ola bilər. Qızartı, ağrı, yerli qızdırma, şişkinlik kimi şikayətlərdən başqa günəş yanıqlarının gecikmiş ağır fəsadları ola bilər. İntensiv günəş şüaları təsiri altında dəri vaxtından əvvəl qocalır. Belə ki, günəş dərini elastik və hamar edən kollagen və elastin liflərini məhv edir. Zədələnmiş dəri özünü bərpa etmək qabiliyyətini itirir. Əsasən üz dərisi günəşə çox həssasdır. Üzdə günəş şüaları təsirindən hiperpiqmentasiyalı sahələr, vitiliqo, dərinin kobudlaşması, qırışması və sallanması ola bilir".

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu