Qusar rayonu, Yerği kek kəndinin bəzi yerlərində qar örtüyünün hündürlüyü üç metrə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, artıq bir neçə gündür ki, yol tam bağlanıb:
"Kənddə üç ailə və 1000-dən çox heyvan köməksiz vəziyyətdə qalıb. Yem ehtiyatı 2-3 gün ərzində bitəcək, tibbi yardım isə ümumiyyətlə mümkün deyil".
Qeyd edək ki, kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir (oxu.az).