Hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edilib

Hava şəraiti ilə əlaqədar Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edilib
29.03.2023 17:15
Aa
dəq

Mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5.5-7.5 metr olacagı gözlənilir. Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu