Əsas məzmuna keç

Hava şəraiti ilə bağlı xəbərdarlıq: intensiv yağışlar gözlənilir

Hava şəraiti ilə bağlı xəbərdarlıq: intensiv yağışlar gözlənilir

Milli Hidrometeorologiya Xidməti Bakı, Abşeron yarımadası və bölgələrdə hava şəraitinin pisləşəcəyi ilə bağlı məlumat yayıb.

en ru

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa əsasən, Bakıda və yarımadasında mayın 29-u axşam saatlarından 30-u səhərədək fasilələrlə yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi və çaxacağı istisna edilmir.

Ölkənin digər bölgələrində də qeyri-sabit olacaq. Mayın 29-u gündüz saatlarından başlayaraq 31-i gündüzədək şimal və qərb rayonlarından etibarən bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bu müddət ərzində aşağıdakı təbiət hadisələrinin baş verməsi ehtimalı var:

  • Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntı və şimşək çaxması;
  • Dolu düşməsi;
  • Yüksək dağlıq ərazilərdə qar yağması;
  • Mayın 29-da bəzi yerlərdə yağıntının güclənməsi.

Yağıntılarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkə ərazisində temperatur ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…