Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.
Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.
| № | İstiqamətlər | Tariflər(ƏDV daxil, manatla) |
| 1. | Bakı-Naxçıvan / Naxçıvan-Bakı | 70.00 |
| 2. | Naxçıvan-Gəncə / Gəncə-Naxçıvan | 60.00 |
| 3. | Bakı-Gəncə / Gəncə-Bakı | 84.00 |
| 4. | Bakı-Qəbələ / Qəbələ-Bakı | 65.00 |
| 5. | Bakı-Füzuli / Füzuli-Bakı | 78.00 |
| 6. | Bakı-Zəngilan / Zəngilan-Bakı | 83.00 |
| 7. | Bakı-Lənkəran / Lənkəran-Bakı | 65.00 |
| 8. | Bakı-Zaqatala / Zaqatala-Bakı | 84.00 |