Əsas məzmuna keç

Hava kəskin dəyişdi, bəzi ərazilərə qar yağır

Hava kəskin dəyişdi, bəzi ərazilərə qar yağır

Şahdağda ağ örtük 7 sm-ə çatdı, Bakıda külək güclənib. Milli Hidrometeorologiya Xidməti duman və yağıntı ilə bağlı xəbərdarlıq edir. Hansı rayonlarda duman var?

ru en

Azərbaycanın dağlıq ərazilərinə qar yağıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin 18 mart saat 10:00-a olan məlumatına əsasən, qarın hündürlüyü Şahdağda 7 sm, Qrızda isə 1 sm alınıb.

Ölkə ərazisində düşən yağıntının miqdarı bölgələr üzrə fərqlənib. Ən çox Şabranda 8 mmQəbələdə 7 mm müşahidə olunub. ZaqatalaSarıbaşda (Qax) 6 mm, QobustanBalakəndə 4 mm, AstaraXaltanda 2 mm yağıntı düşüb.

Digər ərazilərdə – Quba, Qusar, İsmayıllı, , , Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda yarımadasında yağıntının miqdarı 1 mm-dək qeydə alınıb.

17 martda şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18 m/s, Kəlbəcərdə 17 m/s, BakıdaAbşeron yarımadasında 15 m/s-dək güclənib.

Hazırda Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, QrızLerikdə duman müşahidə olunur, duman səbəbindən görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…