“The Athletic” nəşrinin jurnalistləri 2026-cı il üçün “Qızıl top” mükafatına əsas namizədlərin reytinqini təqdim ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, siyahının ilk pilləsində İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn qərarlaşıb.
İkinci yeri onun klubdakı komanda yoldaşı, Fransa millisinin vingeri Maykl Olise tutur.
İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Rodri isə reytinqdə üçüncü olub.
İlk onluğa, həmçinin, Kilian Mbappe (“Real Madrid”), Erlinq Holand (“Mançester Siti”), Xviça Kvaratsxeliya (“PSJ”), Lamin Yamal (“Barselona”), Luis Dias (“Bavariya”), Cud Bellinqem (“Real Madrid”) və Lionel Messi (“İnter Mayami”) daxil edilib.
Beləliklə, Messi siyahıda 10-cu, Kvaratsxeliya və Lamin Yamal isə ilk beşlikdən kənarda qalıb.
“Qızıl top”un hazırkı sahibi isə Usman Dembeledir.