Əsas məzmuna keç

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə test imtahanı keçiriləcək

Bu ilin dekabr ayında hakimliyə namizədlərlə test imtahanı keçiriləcək. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məhkəmə-Hüquq Şurasından bildirilib....

Bu ilin dekabr ayında hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Qeyd edilib ki, fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, eyni zamanda əlavə ayrılmış ştatlarının yüksək hazırlıqlı hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin tam şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının dekabrın 15-də keçirilməsi qərara alınıb.

"Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcəkdir.

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt ([email protected]) ünvanı vasitəsilə qəbul edilir. Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim edə bilərlər. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62", - məlumatda vurğulanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…