Hakan Fidan: “Bölgədə sülh və təhlükəsizliyə heç olmadığımız qədər yaxınıq”

Hakan Fidan: “Bölgədə sülh və təhlükəsizliyə heç olmadığımız qədər yaxınıq”
14.12.2023 15:28
Aa
dəq

Türkiyə XİN başçısı Hakan Fidan bölgənin sülh və təhlükəsizliyə çox yaxın olduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib ki, son 20 ildir fərqli vəzifələrdə işlədiyi vaxtlarda dəfələrlə Azərbaycana gəlib, iki ölkə arasındakı əməkdaşlığının genişləndirilməsi yolunda onun da əməyinin olduğu üçün sevinclidir.

“İki qardaş ölkələrin arasındakı münasibət günü-gündən dərinləşir. Qardaş ölkələr arasındakı imzalanan Şuşa Bəyənnaməsinin tələblərini yerinə yetirmək üçün çalışırıq”, - H.Fidan bildirib.

Nazir hesab edir ki, bu gün dünyada enerji və kommunikasiya xətlərinin təhlükəsizliyi prioritet məsələlərdəndir: “Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi prosesinin genişləndiriləcəyini düşünürük”.

H.Fidan vurğulayıb ki, 44 günlük müharibə bölgə üçün yeni imkanlar yaradıb: "Fikrimizcə, bütün tərəflər sülh və sabitlik üçün əlindən gələni etməlidir. Təəssüf ki, Ermənistan diasporu Avropada Azərbaycana qarşı təxribatları davam etdirir. Lakin hesab edirik ki, Ermənistan sülh və normallaşma üçün çalışmalıdır. Bölgədə sülh və təhülkəsizliyə heç olmadığımız qədər yaxınıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik”.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu