Hakan Fidan: Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı bəzi Qərb ölkələrinin mövqeyi Ankaranı qane etmir

Hakan Fidan: Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı bəzi Qərb ölkələrinin mövqeyi Ankaranı qane etmir
06.07.2024 12:51
Aa
dəq

Bir sıra Qərb dövlətlərinin Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması ilə bağlı mövqeyi Türkiyəni qane etmir.

"Operativ Məlumat Mərkəzi-OMM"  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Səmimi qəlbdən inanırıq ki, Azərbaycan və Ermənistan arasında hazırkı danışıqlar prosesi tezliklə sülh sazişinin imzalanmasına səbəb olacaq. Bu kontekstdə biz Azərbaycanın bu sazişin imzalanması ilə bağlı güclü qətiyyətini və müsbət yanaşmasını xüsusilə yüksək qiymətləndiririk. Amma bəzi Qərb dövlətlərinin açıq şəkildə Ermənistana üstünlük verildiyi, Azərbaycanın narahatlığına diqqət yetirilmədiyi və balanslı olmayan münasibəti bizi qane etmir. Biz türk dünyası olaraq bu prosesin uğur qazanmasını istəyirik”, - o vurğulayıb.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb
DAVAMIN OXU davamın oxu

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir
DAVAMIN OXU davamın oxu

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir
DAVAMIN OXU davamın oxu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir
DAVAMIN OXU davamın oxu

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır
DAVAMIN OXU davamın oxu