Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Nazir Fidan sabah Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.