Operativ Məlumat Mərkəzi

Hacı Şahinin son STATUSU – FOTO

1 dəq
Paylaş:
Hacı Şahinin son STATUSU – FOTO
Hacı Şahin Həsənlinin son statusu Ramiz Rövşənin şeiri olub. Vəfatından bir gün öncəki paylaşımı.

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhum dünən saat 20:45-də sosial şəbəkədə son statusunu qeyd edib.

Statusda Xalq şairi Ramiz Rövşənin şeiri yazılıb:

“Mən bu ağlamalı, mən bu gülməli
Dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
Mən də tamahlanıb ölməyə gəldim”.

49 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər