H.Hacıyev Ağdam-Xankəndi yolunun əhəmiyyətindən danışıb

H.Hacıyev Ağdam-Xankəndi yolunun əhəmiyyətindən danışıb
16.08.2023 12:24
Aa
dəq

Azərbaycan öz tərəfindən yollar qurduğu halda onlar yollara maneələr qoymağa davam edirlər. Bu gün bizim burada durduğumuz yer Bərdədən Xankəndinə gedəcək yolun üzərində idi. Burada bir yol yox idi, yolu da məhv eləmişdilər.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

H. Hacıyev deyib ki, sovetlər zamanında Ağdam-Xankəndi yolu coğrafi, təbii olaraq nəqliyyat nöqteyi-nəzərindən ən uyğun, ən səmərəli yol kimi istifadə olunub: “Çünki bu, nəqliyyat xərclərini də çox aşağı salacaq yoldur, Qarabağ erməniləri üçün nə lazım olacaqsa, bu yolla çox rahat çatdırmaq mümkündür. Eyni zamanda onlar da bu yoldan istifadə edərək öz məhsullarını Azərbaycan bazarlarına çıxarmaq imkanı əldə edəcəklər. Lakin onlar bu yoldan istifadə etmək əvəzinə yoldan maneələr yaratmaqla məşğuldurlar. Bunu siyasi təbliğat məqsədi üçün istifadə edirlər. Azərbaycanın təklifi odur ki, bu yol Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə reinteqrasiyasının başlanğıc nöqtəsi olsun. Təəssüf ki, onlar bundan imtina edirlər. Gördüyünüz kimi, buradan dəmir yolları da keçir. Bunların hamısı əslində onların həyatını asanlaşdırmaq, bu məsələnin siyasi yolla həll edilməsi və daha yaxşı iqtisadi və sosial imkanlar yaratmaq üçündür. Təəssüf ki, onlar yolun digər başında maneələr qoyublar ki, istifadə edilməsin”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu