Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gültəkin Hacıbəyli deportasiya olundu

2 dəq
Paylaş:
Gültəkin Hacıbəyli deportasiya olundu

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deportasiya prosesi gecə saatlarında baş tutub.

G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb və barəsində hər hansı qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, mediada Gültəkin HacıbəyliMilli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Administrasiyasının sabiq rəhbəri Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə iddialar yer alıb.

Qeyd edək ki, siyasətçi ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.

Özünün hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi tərəfindən barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici təşkilatına üzvlük ittihamı irəli sürülüb.

Məlumat üçün bildirək ki, G-82 məhdudlaşdırma kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və ölkə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsini tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax