BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilatın Yaxın Şərqdə davamlı və hərtərəfli sülhün əldə olunmasını dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə BMT Baş katibinin Ofisi tərəfindən ABŞ və İran arasında sülh sazişinin elan edilməsindən sonra jurnalistlər arasında paylanan bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, BMT davamlı və hərtərəfli sülhün əldə olunmasında tərəflərə dəstək verməyə hazırdır.
Daha əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ və İranın müqavilə bağladığını açıqlayıb. O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.