Operativ Məlumat Mərkəzi

Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik”

1 dəq
Paylaş:
Gürcüstanın Baş naziri: “Azərbaycan və Ermənistan arasında sülh dialoqunu dəstəkləyirik”

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və hesab edir ki, bu, bütün regionun maraqlarına cavab verir”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Avropa siyasi birliyi”nin 2-ci zirvə toplantısından əvvəl deyib.

"Biz Azərbaycan və Ermənistan arasında sülh dialoqunu və danışıqları dəstəkləyirik. Hesab edirəm ki, bu, Gürcüstanın, Azərbaycanın və Ermənistanın, bir sözlə, bütün regionun maraqlarına cavab verir", - İ.Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın hər iki ölkə ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər