Əsas məzmuna keç

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 22 nəfərə çatıb

Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 22 nəfərə çatıb

bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında məlumat verib. O, meyitin çayın...

Gürcüstanda sürüşməsinin baş verdiyi Oni bələdiyyəsində daha bir nəfərin meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili jurnalistlərə açıqlamasında məlumat verib.

O, meyitin çayın yatağında aşkar edildiyini, hazırda ekshumasiya işlərinin davam etdirildiyini bildirib. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Temur Mğebrişvili sürüşmə zonasında həmçinin aşağı ətrafların aşkarlandığını, itkin düşən 11 nəfərin axtarışlarının davam etdirildiyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #torpaq
Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…