Əsas məzmuna keç

Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb

Gürcüstanda bu ay ikinci böyük elektrik kəsilməsi qeydə alınıb

Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb. Paytaxtda...

Aprelin 19-da “Kavkasioni” ötürmə xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-ə istinadən xəbər verir ki, Tiflis və ölkənin bir sıra digər regionlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Paytaxtda elektrik enerjisinin kəsilməsi səbəbindən metronun birinci xəttində qatarların fəaliyyəti dayandırılıb.

Gürcüstanın operatorunun bildirdiyinə görə, elektrik enerjisinin verilişi tədricən bərpa olunur. Tiflisin bir çox ərazilərində elektrik enerjisinin verilişi artıq bərpa olunub.

Bu, apreldə ölkədə baş vermiş artıq ikinci genişmiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş vermişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…