Gürcüstan müsəlmanları İrandakı Azərbaycan səfirliyinə qarşı hücumuna münasibət bildirib

Gürcüstan müsəlmanları İrandakı Azərbaycan səfirliyinə  qarşı hücumuna münasibət bildirib
27.01.2023 19:10
Aa
dəq

Gürcüstan müsəlmanları Azərbaycan səfirliyinə hücumu qınayıb

Gürcüstandakı müsəlmanların dini liderləri Tehranda Azərbaycan Respublikasının səfirliyinə qarşı həyata keçirilmiş terror aktını hiddətlə pisləyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"yə Azərbaycanın Diaspora Komitəsindən məlumat verilib.

Bildirilib ki, Gürcüstandakı müsəlmanların dini liderləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayıblar.

Bu barədə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin adından yayılmış bəyanatda bildirilib. “Hadisə zamanı şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət diləyirik! Şəhid zabitin ailəsinə və yaxınlarına başsağlığı veririk. Terror hücumunu törədən və ya törədənlər tez zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdır!”- deyə bəyanatda qeyd olunub.

Umumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Seyid Mirtaği Əsədov və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Fariz Rəcəbov Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı edilmiş terror hadisəsini kəskin şəkildə qınayaraq səbəbkarların cəzalanmasını tələb edib, şəhid olmuş səfirlik əməkdaşına Allahdan rəhmət diləyiblər.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu