Operativ Məlumat Mərkəzi

Gürcü futbolçu “Napoli”nin tarixinə düşdü

1 dəq
Paylaş:
Gürcü futbolçu “Napoli”nin tarixinə düşdü
həmin qarşılaşma gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün əlamətdar olub. 22 yaşlı hücumçu neapolluların ikinci qolunun məhsuldar ötürmə müəllifi...

“Napoli” UEFA Çempionlar Liqasının 1/8 finalında “Ayntraxt”ı məğlub edib (2:0).

"Operativ Məlumat Mərkəzi-OMM" "Opta Sports"-a istinadən xəbər verir ki, həmin qarşılaşma gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün əlamətdar olub.

22 yaşlı hücumçu neapolluların ikinci qolunun məhsuldar ötürmə müəllifi olub. Bununla da o, “Napoli”nin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk futbolçu kimi tarixə düşüb.

“Napoli” – “Ayntraxt” duelinin cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər