Əsas məzmuna keç

Günnüt əməliyyatından 5 il ötür

Günnüt əməliyyatından 5 il ötür

Uğurlu Günnüt əməliyyatının başlanmasından 5 il keçir "Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, 2018-ci il mayın 20-də başlayan əməliyyatla Naxçıvan...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Uğurlu Günnüt əməliyyatının başlanmasından 5 il keçir

"Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, 2018-ci il mayın 20-də əməliyyatla Naxçıvan Muxtar Respublikasının minlərkə hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Ordusunun nəzarəti altına keçib.

Bununla da, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələnib, qarşıya qoyulan məqsədə nail olunub.

Əməliyyat nəticəsində “Qızılqaya” və “Qaraqaya” dağlarında, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində fəaliyyəti tam olaraq nəzarət altına götürülüb.

Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin dəniz səviyyəsindən 1 683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.

Əməliyyat zamanı düşmənin bir neçə məhv edilib.

Qeyd edək ki, Günnüt əməliyyatı 2018-ci ilin mayın 27-də başa çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…