Yaponiyanın Honsyu adasının sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 117 min insanın yaşadığı İşinomaki şəhərindən 90 km şimal-şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.