Əsas məzmuna keç

Güclü külək əsəcək - XƏBƏRDARLIQ - 05.06.2023

Güclü külək əsəcək - XƏBƏRDARLIQ - 05.06.2023

Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Bu...

Bakıda və yarımadasında iyunun 6-sı səhərdən 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Azərbaycanın rayonlarında iyunun 5-dən 9-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı , ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusən də, Balakən-Şəki, Qazax-Gəncə, və Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar, Dağlıq-Şirvan zonalarında yağıntıların intensiv və güclü olacağı gözlənilir.

küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…